Mövqe.az-ın məlumatına görə, Evrovision qaliblərimiz Nigar Camal və Eldar Qasımov bir arada görünüblər. Nigar Camal "Qızıl Pərdə" verlişi zamanı aparıcının suallarını cavablandırarkən bildirib ki, 3-cü uşaq istəmir: "Mən həmişə arzu edirdim ki, iki qızım olsun və Allah da mənə 2 qız verdi. 3-cü övlad istəmirəm, fikrim də yoxdur. Aparıcının Nigara yoldaşı haqqında verdiyi sualı cavablandırmaqdan imtina edən Nigar Camal kamera önünə Eldar Qasımovu öz səhnə həyat yoldaşı kimi dəvət edib: "Eldar mənim səhnə həyat yoldaşımdır".
Bundan sonra Nigarın qızlarını görüb, həvəsə düşən Eldar Qasımov da uşaq istədiyini deyib: " Mən də çox istəyirəm ki, uşağım olsun. Amma bu çox böyük məsuliyyətdir. Mən hələ ki, bu məsuliyyəti çiynimdə daşımağa hazır deyiləm".