Rusiya Suriya üsyançılarını ifşa etdi

5 Sentyabr 2013 15:50 (UTC+04:00)

Rusiya XİN BMT-yə təqdim olunan 100 səhifəlik hesabat göndərib

Rusiya Suriyada kimyəvi silahın tətbiq edilməsinə görə, üsyançıları günahlandırıb. Mövqe.az bildirir ki, Rusiyanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, bu ilin martın 19-da Xan əl Esel-də 20 nəfərin ölümü ilə nəticələnmiş hücumda istifadə olunmuş kimyəvi silah Suriya ordusuna məxsus silahlarların parametrlərinə uyğun olmayıb. 


BMT-yə təqdim olunan 100 səhifəlik hesabatda qeyd olunur ki, Xan əl Esel-də tətbiq olunmuş kimyəvi silahın tərkibində RDX maddəsi olub. Hazırda RDX-dən kimyəvi silahların hazırlanmasında da istifadə olunmur: "Bu maddədən Qərb ölkələri tərəfindən II dünya müharibəsində istifadə edilib". 


Rusiya XİN-in məlumatında qeyd olunur ki, BMT mütəxəssislərinin Suriya ilə bağlı yekun hesabatı açıqlanmamış, Qərb ölkələrinin hərbi müdaxilə ritorikaları Bəşər Əsəd rejimini devirməyə hesablanıb və rəsmi Dəməşqin kimyəvi silahdan istifadə etdiyi ilə bağlı deyilənlər bu məqsədlə təşkil olunur.