Movqe.Az xəbər verir ki, Çində bir qadının iki gözünü oyduğu 6 yaşındakı Gua Min üçün yenidən görmə ümidi yaranıb. Hong Konglu göz mütəxəssisi Dennis Lam, yoldaşlarının "Min Min" adını taxdığı talehsiz uşağa "elektron göz" taxılmasına kömək edəcəyini açıqlayıb. Guanı qaldığı xəstəxanada ziyarət edən Lam, yeni bir texnologiyaya sahib biyonik gözlərin uşağın fikirini 40 faizə qədər açıqlaya biləcəyini söyləyib. Lamın təklif etdiyi biyonik göz, kameranın əldə etdiyi görüntünü elektrodlar vasitəsiylə beynə çatdırır. Bu vaxt Guanın gözlərini oyan qadının uşağın bibisi olduğu iddia edilib.