Bu gün, 18 fevral 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhəri ərazisində COVİD-19 pandemiyasının qarşısının alınması məqsədi ilə aparılan vaksinasiya barədə vətəndaşların maarifləndirlməsi işləri aparılmışdır.
Bu barədə Movqe.az-a Əlihüseyin Şükürov məlumat verib. Aksiya zamanı yaşı 50-dən yuxarı olan vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış və onların bu işdə məsuliyyətli olaraq peyvənd olunması bildirilmişdir.
Aksiyada Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən məlumatlandırıcı bukletlər hazırlanmış və yaşı 50-dən yuxarı olan vətəndaşlara paylanmışdır.