Marsdan yenə su tapıldı

5 Sentyabr 2013 17:47 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, elm adamları Marsdakı bəzi qəribə görünüşlü kraterlərin sirrini həll etməyə çox yaxınlaşıb. 7 Avqustda "Geophysical Research Letters" jurnalında nümayiş olunan araşdırmaya görə, "cüt qatlı püskürük" (DLE) deyilən bu kraterlərin standart çöküntü meydana gətirməsiylə əlaqədar açıklanamamasından yola çıxan Braun Universiteti geologiya mütəxəssisləri, Marsdakı DLE kraterlərini, buzlaq sürüşmələrinin yaratması fikrindədir. Alimlərə görə, Qırmızı planetdə milyardlarla il əvvəl 50 metr qalınlığa çatıb kraterin içində sığa bilməz hala gələn buzlaq təbəqələri, bir-birlərinin üzərini örtərək bu görüntünü yaradıb.