Bu barədə MSK-dan məlumat verilib
Prezidentliyə namizədlikləri təsdiqlənmiş İlham Əliyev, İqbal Ağazadə və Zahid Oruc öz daşınmaz əmlakları və son bir ildə əldə etdikləri gəlirlər barədə MSK-ya arayış təqdim ediblər. Bu barədə Anspress-ə Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev məlumat verib .
"Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq prezidentliyə namizəd şəxsin namizədliyi təsdiq olunarkən öz daşınmaz əmlakları və son bir ildə əldə etdikləri gəlirlər barədə arayış təqdim etməlidir. Hələ ki, 3 namizəd təsdiqlənib. Onlar da müvafiq olaraq arayışları təqdim ediblər".