Bakının bəzi yerlərində qaz təchizatında məhdudiyyətlər olacaq

5 Sentyabr 2013 17:07 (UTC+04:00)

Fasilə təmir işləri ilə əlaqədardır

Azərbaycan Dövlət Neft Şirkətinin Azəriqaz İstehsalat Birliyindən Anspress-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün sentyabrın 5-də saat 14:00-dan 17:00-dək "Əzizbəyov" Qaztənzimləyici Məntəqəsi, "Nərimanov" ölçü qovşağından qidalanan "Kondisioner", "Binəqədi 11 saylı İƏM" və "Ayna Sultanova" ölçü qovşaqları, saat 11:00-dan saat 14:00-dək "Albalılıq" Qazpaylayıcı Stansiyası və saat 12:00-dən 14:00-dək "Şirvan" QPS-dən qidalanan "Hacıqəhrəmanlı" və "Şirvan sənaye" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.


Təmir işləri aparılan müddətdə Nərimanov və Binəqədi rayonlarının Dərnəgül şossesi ətrafı əraziləri, Xəzər rayonunun Albalılıq qəsəbəsi, Buzovna qəsəbəsinin bir hissəsi, Binə "Atçılıq" yaşayış massivi və Şirvanın Hacıqəhrəmanlı qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq