Bakıda intihara cəhd etmiş şəxsin həyatını xilas etmək mümkün olmayıb

6 Sentyabr 2013 11:34 (UTC+04:00)

Sabunçu rayon prokurorluğundan Movqe.az-a verilən məlumata görə, sentyabrın 5-də səhər saatlarında Zabrat I qəsəbəsinin Yeni yaşayış massivində yaşayan 1982-ci il təvəllüdlü Musayev Samir özünü evin tavanından naqillə asaraq intihara cəhd göstərib. Lakin hadisədən tez xəbər tutan ailə üzvləri onu xilas edərək 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyinə baxmayaraq, Samir Musayevin həyatını xilas etmək mümkün olmayıb. O bu gün səhər xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.