Mövqe.az-ın məlumatına görə sentyabrın 18-i "Yaşıl teatr"da konsert
verməyə hazırlaşan müğənni Zamiq Hüseynov məşqləri davam edir.
Konsert öncəsi APA TV-nin "Səhər-Səhər" verlişində qonaq olan
müğənni konsertdə olacaqlar barədə anons verib: " Konsertə çox
ciddi hazırlaşırıq. Konsertim artıq məlum olduğu kimi " Bu şəhəri
çox sevirəm" adlanır. " Bu şəhəri çox sevirəm" adlı mahnım
single disk şəkilində təqdim olunacaq. "Karaoke" diskimi də məhz bu
konsertdə təqdim edəcəm. Yeni klipimin təqdimatı da konsertdə
olacaq".
Konserti barədə anons verən müğənni son zamanlar canlı efirlərə
çıxmadığı barədə də məlumat verib:" Mən düşünürəm ki, müğənni
efirlərə az-az çıxsa daha yaxşı olar. Özüm də artıq bir müddətdir
ki, canlı efirlərə, səhər verlişlərinə çıxmıram".
Müğənninin solo konsertlə bağlı çəkdirdiyi videosun sizə
mövqe.az təqdim edir: