Ell & Nikki pop ulduzun xatirəsini belə anıb-ÖZƏL

6 Sentyabr 2013 13:01 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, Azərbaycana "Evrovision" yarışmasında qələbə hissini yaşadan Eldar Qasımov və Nigar Camal 2 ildən sonra yenidən bir yerdə iş birliyi edirlər. Belə ki, müğənni E. Qasımov və N. Camal yeni bir duet oxuyacaqlar. Mahnının müəllifi İsa Məlikovun verdiyi məlumata görə, klip bir-iki həftəyə efirdə olacaq:" Mahnı Maykl Ceksonun xatirəsinə həsr edilib. Mahnıya klip də çəkilib. Lakin  ifaçıların klipin müəyyən yerləri xoşlarına gəlmədikləri üçün klipə təzədən düzəlişlər olunması üçün Kiyevə göndərilib. 1-2 həftəyə tam hazır şəkildə efirlərdə yayımlanacaq". 


Mahnı ifaçıları isə yeni kliplərindən ağız dolusu danışıblar. Eldar Qasımov bildirib: " Biz bu klipi Maykl Ceksonun əbədi xatirəsinə həsr etmişik. Və çox uğurlu klip alınıb. Biz istəyirik ki, bu mahnı, klipi istər Azərbaycan, istərsə də Avropa tamaşaçısı dəyərləndirsin".