Milla Yovoviç: “Bakı məni heyran etdi!”

6 Sentyabr 2013 16:24 (UTC+04:00)

Mövqe.az artıq xəbər verdiyi kimi, müasir kinematoqrafın ən gözəl aktrisalarından biri Milla Yovoviç Bakıya gəlib.

Bu gün aktrisa şəhərdə gəzib və İçərişəhərdəki çəkilişlərdə iştirak edib.

Mövqe.az-ın verdiyi xəbərə görə, bu barədə 1news.az-a "Buta" İncəsənət Mərkəzinin Bakı filialının direktoru Əzizə Seyidova məlumat verib.

Əzizə Seyidova Facebook səhifəsində artıq aktrisa ilə çəkdirdiyi fotoları ilə bölüşüb:

"Millanın çəkildiyi videoçarxın çəkilişləri İçərişəhərdəki "Buta" İncəsənət Mərkəzinin Bakı filialının önündə keçirilirdi. Mənə bu maraqlı gəldi, axı dünya kinematoqrafının ulduzunu ofisinin önündə hər gün görmürsən. Və ona yaxınlaşmaq qərarına gəldim. Aktrisa ünsiyyətdə çox sadə idi. Milla ilə söhbətdə mən dedim ki, onu Azərbaycanda çox sevirlər. O isə cavab verdi:

- Bakı məni heyran etdi! Sizin son dərəcə gözəl, möhtəşəm şəhəriniz var. Heyf ki, daha əvvəl bura gəlməmişəm. Ancaq söz verirəm, yaxın zamanlarda mütləq bir daha bura gələcəyəm!"