Movqe.Az xəbər verir ki, Angel Merkelin Türkiyə baş naziri Ərdoğana heyranlıqla baxdığı fotoşəkil, G-20 zirvəsində iz qoyan kadrlardan biri olub.
Baş nazir Ərdoğan, Rusiyanın Sankt-Peterburq şəhərinin ev sahibliyi etdiyi G20 Liderlər Zirvəsinin təşkil olunduğu mərkəzdə, Konsantinovski Sarayına bağlı bir yığıncaq salonunda, BMT Baş katibi Ban Ki-mun ilə görüşündən sonra, Almaniya Baş naziri Merkel ilə də görüşüb. Baş nazir Ərdoğan, Merkel və Ban Ki-Mun birlikdə müddət söhbət edib. Ərdoğan və Merkel daha sonra ayrıca görüşüb. Görüş, təxminən 45 dəqiqə davam edib. Görüşdən əvvəl Merkel və Ərdoğan jurnalistlərə poza verib. Elə bu vaxt Merkelin Ərdoğana heyran halda baxışı jurnalistlərin obyektivindən yayınmayıb.