Rus modelin dəhşətli ölümü

6 Sentyabr 2013 19:42 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Rusiya, dəhşətli bir cinayət iddiasıyla çalxalanır. Rus mətbuatında çıxan xəbərlərə görə, 28 yaşındakı model Yulya Loşaginanın cansız bədəni Ural Dağlarındakı meşəlik bölgədə tapılıb. Çılpaq haldakı Rus modelin boyunun qırıq, üzünün isə böyük ölçüdə yanıq olduğu görülüb. Şəxsiyyəti DNT testiylə ortaya çıxarılan qadının ölümünün ardınca fotoqraf yoldaşı Dimitri Loşagin həbs olunub. Yekaterinburgda həbs olunan 37 yaşındakı Loşagin, hələ də nəzarətə tutulur. Komsomolskaya Pravda qəzeti,  Loşaginanın HIV virusu daşıdığının ortaya çıxdığını bildirib.

Qəzetə görə Loşaginanın ölümündən sonra ortaya atılan ən güclü iddia belədir:

"Yulya Loşaginanın AIDS olduğunu öyrənən Dimitri Loşagin, yoldaşının özünə də virus bulaştırdığını düşünərək əsəbləşib və gənc qadını öldürərək meşəyə atıb."

Lakin Dimitri Loşagin, Pervouralsk şəhərində çıxarıldığı məhkəmədə bu iddiaları yalanlayıb. "Arvadmı sevirdim" deyən Loşagin, ittihamları rədd edib.