Hiperaktivliyin səbəbi tapıldı

6 Sentyabr 2013 21:58 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Science jurnalında nümayiş olunan bir araşdırmaya görə orta qulaq problemləri, hiperaktiv davranışların səbəbi ola bilər. Nyu Yorkdakı Yeshiva Universiteti Albert Einstein Tibb Fakültəsindən bir qrup tədqiqatçı, orta qulaqdakı bəzi genlərin mutasiyaya uğraması nəticəsində fərdlərin daha aktiv olduğu qənaətindədir. Mutasiyaya uğramış bu gen səbəbindən edilən testlərdə bəzi zülalların normaldan çox görüldüyünə işarə edən mütəxəssislər, dərman müalicəsiylə zülal səviyyəsinin normala çekilə bildiyini söyləyib. Bu da xüsusilə uşaqlarda dərman müalicəsiylə hiperaktivliyin qarşısının alınacağı mənasına gəlir.