Dünya çempionatının seçmə mərhələsinin çərçivəsində Azərbaycan yığması səfərdə İsrail millisinə qarşı oyun keçirib.
Millimiz səfərdə heç-heçəyə nail olub.
Amma komandamız oyundan qalib də ayrıla bilərdi. Belə ki, oyunda
hesabı 61-ci dəqiqədə Rahid Əmirquliyevin zərbəsi ilə Azərbaycan
yığması açıb.
Lakin, futbolçularımız qələbə hesabını qoruya bilməyiblər. 12
dəqiqədən sonra meydan sahiblərindən Şexter hesabı bərabərləşdirib
– 1:1.
Beləliklə Azərbaycan yığması qrupda 5-ci heç-heçə ilə 5-ci xalını
qazanıb.