“Qələbə meydanı”nda 10 piyada keçidi inşa olunacaq
8 Sentyabr 2013 15:03 (UTC+04:00)
Son illər işlər "Azərbaycanda avtomobil yolları şəbəkəsinin
yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət
Proqramı"na uyğun olaraq paytaxtda və regionlarda çoxsaylı yol
ötürücüləri, körpülər, tunellər və piyada keçidləri inşa olunur,
beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin mətbuat
xidmətindən AzərTAc-a bildiriblər. ki, "Qələbə meydanı" müxtəlif
səviyyəli tunel tipli yol qovşağı" layihəsi çərçivəsində inşa
edilən 6 tunel artıq istifadəyə verilib. Layihəyə əsasən inşa
ediləcək 10 piyada keçidindən ikisində işlər tamamlanma
mərhələsindədir. Hər piyada keçidində iki eskalator və əlillər üçün
platforma quraşdırılacaq. Bundan əlavə, metronun "Gənclik"
stansiyasında əlavə iki yeni piyada çıxışının inşası da
planlaşdırılıb. İlk olaraq metronun "Gənclik" stansiyasının
Atatürk prospektinə çıxışının "Qələbə meydanı"nın mərkəzinə doğru
yerdəyişməsi həyata keçirilib. Piyada keçidləri də daxil olmaqla
tikinti işləri başa çatdıqdan sonra ərazidəki park yenidən
qurulacaq.