Vahid Əliyev: Dövlət sərhədlərinin mühafizəsi beynəlxalq təhlükəsizliyin təminatında əsas səylərdən biridir

9 Sentyabr 2013 11:48 (UTC+04:00)

Hazırda qloballaşma və dünya birliyində müxtəlif ölkələrin birləşməsi prosesi ilə əlaqədar dövlət sərhədlərinin effektiv mühafizəsi beynəlxalq təhlükəsizliyin təminatında əsas səylərdən biridir.

Trend-in məlumatına görə, bunu MDB ölkələrinin sərhəd qoşunları komandanları Şurasının 70-ci iclasında öz çıxışında Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev deyib.