Opera və Balet teatrı yeni mövsümə "start" verdi

9 Sentyabr 2013 12:45 (UTC+04:00)

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, ənənəyə uyğun olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı hər il yeni teatr mövsümünə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına məxsus əsərlərdən biri ilə başlayır.


Bu dəfə də sentyabrın 18-də 105-ci teatr mövsümünə milli musiqi sənətimizin incilərindən biri olan "Arşın mal alan" tamaşası ilə start veriləcək.

Tamaşa V Üz.Hacıbəyli Beynəlxalq Musiqi festivalının açılışına və ölməz əsərin 100 illik yubileyinə həsr olunub.

Tamaşada əsas rollarda Teatrın təcrübəli solistləri ilə yanaşı, həm də istedadlı gənc vokalçılar iştirak edəcəklər.


Tamaşanı Xalq Artisti, profesor Cavanşir Cəfərov idarə edəcək.