Əməkdar aktrisa poetik duyğular yaşatdı-VİDEO

9 Sentyabr 2013 13:36 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə  bir neçə gün öncə "ORadio.az" - İnternet Radiosunun "Ulduzlu saat" verilişinin qonağı Azərbaycan Respublikasının Əməkdart artisti Hüsniyyə Mürvətova olub. Daima gülərüz, şən, pozitiv siması ilə yaddaşlarda qalan aktrisa öz daxili dünyasının necə incə, poetik duyğularla dolu olduğunu ifa etdiyi şeirlərlə də göstərib. H. Mürvətova sonda "ORadio.az"a öz şeir diskini hədiyyə edib.

Verliş zamanı müxtəlif mövzulardan danışan aktrisa həmkarı Vəfa Zeynalovaya da dəstək verib. Hətta verliş zamanı gözlənilmədən aktrisaya oğlu Orxan tərəfindən sevgi mesajı da gəlib. Verliş zamanı bir çox maraqlı anlar yaşanıb.


Qeyd edək ki, "ORadio.az" - İnternet Radiosunda "Ulduzlu saat" verilişi həftənin 2-ci, 4-cü, 6-cı günləri saat 20:00-da yayımlanır.