Əsəd silahları versə, Suriyaya müdaxilə edilməyəcək?

9 Sentyabr 2013 16:12 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Şam və Tehranın, Suriya lideri Bəşər Əsədin erkən seçkiylə iqtidardan ayrılmasını nəzərdə tutan bir təklif hazırlığında olduğu bildiirlib. ABŞ xarici işlər naziri isə Əsədin əlindəki kimyəvi silahları təhvil verəcəyi təqdirdə Suriyaya müdaxilə edilməyəcəyini bildirib. Haaretz qəzetinin Ərəb və İran mətbuatını qaynaq göstərərək bildirdiyi xəbərə görə, sözügedən təklif İran Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Ələddin Burucerdi ilə Suriyalı həmsöhbətləri arasında bir neçə gün əvvəl görüşülüb. Suriya Xarici işlər Naziri Vəlid Muallimin bu təklifi, səhər saatlarında Moskvada bir araya gəldiyi Rus həmkarı Sergey Lavrovla da paylaşdığı düşünülür. Təklifdə Suriyada iqtidarın mərhələli olaraq "demokratik transferi" nəzərdə tutulur. Bu da "Suriyadakı dövlət başçılığı seçkiləri irəli çəkiləcək və Əsəd namizəd olmayacaq" şəklində şərh olunub.

Mualliminin Moskvadakı görüşlərdə gündəmə gətirəcəyi iddia edilən başqa bir mövzunun da Suriyanın kimyəvi silahlarını Rusiya və ya başqa ölkəyə daşıması planı olduğu iddia edilib. Muallimin həmçinn Rusiya Prezidenti Vladimir Putindən Suriyanın Scud və digər mərmilərinin də Tartusdakı Rus bazasına transfer edilməsi üçün icazə istəyəcəyi bildirilmişdi.  Lavrov və Muallim, Moskvadakı danışıqlarından sonra birgə mətbuat konfransı təşkil edib. Yığıncaqda danışan Lavrov, "Suriya və Rusiya siyasi bir həllin hələ də mümkün olduğunu düşünür" deyib.