Azərbaycanlı müğənni: "Özüm maşınsız gəzirəm, amma qızıma avtomobil almışam"

9 Sentyabr 2013 16:49 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, sənətçi Əli Mirəliyev qızından danışıb. "Xəzər" telekanalında yayımlanan  "Star life" verilişində müğənni qızının onun sevgilis olduğunu düşünənlər olduğunu qeyd edib: 

"Çox cavan yaşlarında evlənmişdim. Qızım konservatoriyada oxuyurdu. Onun yanında olanda hamı elə bilridi ki, sevgilisiyəm. Hər gün evə gələndə ağlayırdı. Çünki hamı elə bilirdi onun sevgilisiyəm.  Mən də bir gün  konservatoriyaya getdim.  Fərhadı və başqalarını bir yerə yığdım. Hamıya dedim ki, bu mənim sevgilim yox, qızımdır. 

Əli Mirəliyev qızını çox sevdiyini və ona maşın aldığını bildirib: "Qızımın yeri həyatımda tam başqadır. Hətta özüm maşınsız gəzirəm, amma ona avtomobil almışam".