Bakı sakinini döyüb 40 min matana yaxın pulunu apardılar

9 Sentyabr 2013 16:59 (UTC+04:00)
Bakı sakinini döyərək külli miqdarda pulunu əlindən alan şəxs tutulub. Movqe.az-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Ələmdar Zeynalova yumruqla xəsarət yetirərək onun əlindən çantasını alan şəxs müəyyən edilərək tutulub.
Bu şəxs Bakı şəhər sakini Yusif Nəsibovdur. Çantanın işində 14 000 Azərbaycan manatı, 24 000 ABŞ dolları, 262 000 rus rublu və 1 ədəd mobil telefon olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.