Movqe.Az xəbər verir ki, BMT-nin qlobal iqlim dəyişikliyi hesabatına görə buzlaqlar 60 faiz artıb. Qlobal soyuma başlayıb. BBC-in yayımladığı, Birləşmiş Millətlər Təşkilatının son iqlim dəyişikliyi hesabatına görə, sonuncu bir ildə Şimal Qütbündəki buzlaqlar Avropa qitəsinin yarısı böyüklüyündə çoxalıb. Mütəxəssislər 2007-ci ildə başlayan qlobal istiləşmənin artıq sona çatdığını, bunun əvəzinə 2050-ci ilə qədər davam edəcək qlobal soyuma prosesinin başladığını söyləyib. Bu yaz Sakit və Atlantik okeanları arasındakı körfəzi istifadə edərək dənizə çıxmaq istəyən onlarla gəmi bu gözlənilməz buzlanma ucbatından səfərlərini ləğv edib.