Şimali Koreya liderinin sirrini açıqladı
9 Sentyabr 2013 19:50 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, keçmiş basketbolçu
Dennis Rodman, Şimali Koreya lideri Kim Jong-unun Ju-ae adlı bir
qız körpəsi olduğunu söyləyib. Keçən həftə Şimali Koreyaya
"basketbol diplomatiyası gəzintisi" təşkil edən Rodman, körpəylə
əlaqədar şərhi Guardian qəzetinə verdiyi müsahibədə deyib. Kimin
ailəsiylə dəniz kənarında vaxt keçirdiyini söyləyən təqaüdçü
basketbolçu, Şimali Koreya liderini "yaxşı ata" olaraq adlandırıb.
Dünyanın ən sirrli ölkələrindən birini idarə edən Kimin fərdi
həyatı haqqında çox məlumat yoxdur. Rodman, "Kim, ailəsi və mən
dəniz kənarında sakit bir zaman keçirdik." deyib və əlavə edib:
"Körpələri Ju-ae-ni çox sevdim və Kimin yoldaşıyla da görüşdüm. Kim
yaxşı bir atadır və çox gözəl ailəsi var." Şimali Koreya,
Rinin Kimin evli olduğunu, lakin 2012-ci ilin İyul ayında, ilk dəfə
xalq arasında birlikdə göründükdən bir ay sonra təsdiqləyib.