Kişi kimi qeydiyyatda olan, amma qadın reproduktiv sisteminə
malik Berlin sakini dünyaya yeni qız uşağı gətirməsinin
təfərrüatları açıqlanıb.
Movqe.az-ın "The Local" istinadən verdiyi məlumatına görə, adı
açıqlanmayan şəxs daha əvvəl qadın bədəninin kişi bədəninə
bənzəməsi üçün hormonoterapiyadan keçib, həmçinin süd vəzlərini
çıxardırıb. Amma bunun reproduktiv orqanlarına dəxli olmayıb.
Buna baxmayaraq, dünyaya sağlam uşaq gətirə bilib. O, donor
sperması hesabına hamilə qalıb. Buna baxmayaraq, uşağın valideyn
qrafası yerində onun adı ata kimi göstərilib. Uşağın ana qrafası
yeri isə boş qalıb.