Günel Hümbətova İTV-də...

10 Sentyabr 2013 15:43 (UTC+04:00)
"Space"də yayımlanan "Plyus-Minus" verilişinin aparıcısı Günel Hümbətovanın çalışacağı yeni kanalın adı bəlli olub.  

 Günel İTV-nin aparıcısı kimi fəaliyyətə başlayıb. 

O, bu gündən etibarən "TVR klub" adlı verilişlə ilk efirinə çıxıb.

Müxbirimizlə söhbətində G.Hümbətova bildirib ki, veriliş həftədə bir dəfə yayımlanacaq:

"Türkiyədəki "Gəzəgən Mehmet"in verilişi formatında olacaq. İlk qonağım müğənni İzzət Bağırovdur. Burada tamaşaçıları maraqlı söhbət, əyləncəli anlar gözləyir".(axsam.az)