"Real" (Madrid) klubunun prezidenti Florentino Perez bu yay gözlənilməz şəkildə "Arsenal"a transfer olunan Məsut Özil haqqında danışıb.
O, alman yarımmüdafiəçinin Madridə gəldiyi zaman
dindar biri olduğunu deyib.
Ancaq Perez, futbolçunun bir müddətdən sonra qadınlara düşkün
olmağa başladığını bildirib: "Özil peşəkar futbolçu deyildi.
Qadınlara düşkün idi, əyləncələri çox sevərdi".
Perez həmçinin türk əsilli oyunçunun atasını acgözlükdə günahlandırıb: "Atası Özil üçün bizim illik 8.5 milyon avro verməyimizi istəyirdi. Buna görə də onu satmaq qərarı verdik".qol.az