Amerikalı həmsədr təmas xəttindəki monitorinqdə iştirak edəcək

10 Sentyabr 2013 17:12 (UTC+04:00)

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik qoşunların təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcək.


Mövqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, monitorinqin sentyabrın 13-də təmas xəttinin Əskəran istiqamətində keçirilməsi planlaşdırılıb.  

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi İrji Aberle də Dağlıq Qarabağ istiqamətindən prosesi müşahidə edəcəklər. 

 

Xatırladaq ki, C. Uorlik həmsədr qismində bölgəyə ilk dəfə səfərə gəlib.