Meymun insan yedi

10 Sentyabr 2013 17:26 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çinin Guiyang şəhərindəki Kianling Vəhşi Həyat Parkında bir meymun körpənin orqanını qoparıb.İngilis Daily Mail qəzetinin xəbərinə görə, heyvan bağçasında sərbəst gəzən yüzlərlə meymundan biri, anasının alt geyimini dəyişdirdiyi körpənin orqanını götürərək qaçıb. Qaçış əsnasında düşən orqanı bir ziyarətçi yerdən alsa da, meymunun qayıdaraq orqanı ağzına atdığı görülüb. Xəstəxanaya qaldırılan körpənin vəziyyətinin yaxşı olduğu bildirilib. Meymun sayının 500-ə çıxdığı Kianlingda, meymunlar bir qız uşağının da barmaqlarını dişləmişdi.