Elza Seyidcahan yenə təəccübləndirdi

10 Sentyabr 2013 17:22 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahan fərqli saç düzümü ilə yenə hamını təəccübləndirib. 

Axşam.az-ın məlumatına görə, hər zaman qeyri-adi dəyişikliklər edən müğənni yeniliklərindən danışıb. 

Müğənni yaxın günlərdə maraqlı bir obrazda tamaşaçıların qarşısına çıxacağını bildirib:

"Hər zaman fərqli görünmək istəyirəm. Bu dəfə məşhur bir ulduzun imicinə girib, fotosessiya etdirmişəm. Həmin məşhurun adını hələ ki, sirr saxlayıram. 

İndi isə konsertim üçün maraqlı geyimlər hazırlayırıq".