Movqe.Az xəbər verir ki, Yəmənin cənubunda olan Hardz şəhərində səkkiz yaşında bir qız uşağı 40 yaşından daha böyük bir kişiylə evləndirildiyi gecə vaginasındakı və daxili orqanlarındakı xəsarət səbəbiylə dünyasını dəyişib. Bütün dünyada böyük əks-səda oyandıran hadisədən sonra insan hüquqları təşkilatları və Yəmənli fəallar adının Rəvan olduğu açıqlanan kiçik qızla evlənən kişini və Rəvanın ailəsinin həbs olunması üçün çağırış edib. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) məlumatlarına görə 2011- 2020 illər arasında dünya səviyyəsində 140 milyondan çox qız uşağı 18 yaşından əvvəl evləndirilib və evləndiriləcək. Bu rəqəmin 50 milyonu isə 15 yaşından əvvəl evləndirilərək uşaq yaşda gəlin olacaq. Yəməndə isə qız uşaqlarının üçdə biri 15 yaşına çatmadan evləndirilir.