Movqe.Az xəbər verir ki, Microsoft, Nokianı satın alaraq, dünyada böyük səs-küy yaratmışdıdı. Bu xəbərdən sonra Nokia istifadəçiləri tərəfindən ağıllarda qalan bir çox sual meydana gəlib. Dünən Kris Veber ilə WP Central qrupunun reallaşdırdığı reportajda insanların ağılına ilişən suallar soruşulub. Bu da soruşulan suallar və Kris Veber tərəfindən verilən cavablar:
Nokia Microsoft tərəfindən tamamilə satın alındı?
Tamamilə yox. Microsofta ağıllı telefon departamentimizin satışı bura aiddir və 2014-ci ilə qədər bu proses davam edəcək. Bundan sonra da sizlərə Nokianın nələr edə biləcəyini göstərəcəyik.
Nokia və Lumia adlarında bir dəyişiklik olacaq mı?
Nokia markası heç bir yerə getmir, diqqətinizi çəkmək istəyərəm ki, Microsoft yalnız şirkətin bir hissəsini satın aldı və Lumia adı da Nokia ilə birlikdə davam edəcək.
Bəs Nokia-Microsoft birləşməsinin faydaları nələrdir?
Bir çox faydası var deyə bilərik. Bildiyiniz kimi şirkət işçilərimiz də Microsoftun tərkibinə keçdi. Bu da Windows Phone sisteminin daha sürətli böyüməsinə böyük fayda verəcək.
Kris Veber tərəfindən ən diqqət çəkən şərh isə, Nokia və Windows Phone markalarının birləşməsi şərhi oldu. Bu da Kris Veberin sözləri;
"Microsoft, Nokia markasını 10 illiyinə istifadə etmək istəyir. Bu vəziyyət Asha üçün də etibarlı olacaq. Ağıllı telefonlar üçün, bu bir az qarışıq vəziyyətdir, biz də Lumia və digər Windows Phone telefonlarını bir dam altında yığmaq istəyirik. Təbii ki, bu hadisənin reallaşması üçün çox yolumuz var. "