Sakit okeanda 6,6 bal gücündə zəlzələ olub

19 May 2021 10:55 (UTC+04:00)

Sakit okeanda sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Çilinin Valdiviya şəhərindən 3 251 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.