Əhaliyə satıdan qazın tarifinin keyfiyyətinə görə müəyyənləşməsi gündəmə gəldi

11 Sentyabr 2013 11:07 (UTC+04:00)
Qış fəslinin yaxınlaşması öz ilə paralel ölkəmizə xas olan bəzi problemləri oyadır. Buraya dəm qazından zəhərlənmə, qaz sızması nəticəsində partlayışlar dadaxildir. Araşdırmalar isə göstərir ki, evlərdə bu fəsadalar səbəb olan karbon-monoksidin yaranma səbəbləri əsasən mərkəzi istilik sistemləri, qaz cihazları və sobalardakı nasazlıqlarla bağlıdır. Bundan başqa, qazın keyifiyyət məsələsi də var ki, bəzi ekspertlərə görə, o da zəhərlənmədə müəyyən rola sahibdir. Hazırda ölkəmizdə müvaiq dövlət qurumları qazın keyfiyyətinin yüksək olduğunu və müvafiq stanldartlara cavab verdiyini bildirir. Bu qazın da vətəndaşa hər kubmetri 10 qəpiyə başa gəlir. Ancaq Avropa təcrübəsində qazın keyfiyyəti və tarifi ilə bağlı maraqlı üsuldan istifadə olunur. Burada müvafiq cihazlaar təbii qazın kalorisi və buna əsasən keyfiyyəti müəyyən edilir. Tariflər də verilən qazın həcminə görə yox, keyfiyyətə görə müəyyən olunur. Əgər əhaliyə yüksək keyfiyyətli qaz verilibsə, tarif yüksək, aşağı keyfiyyətli qaz verilibsə, tarif aşağı olur. Beləliklə, keyfiyyət əsasında satılan qazın fərqli tarifi formalaşır. Yəni, qeyd olunduuğ kimi keyfiyyəti yüksək olan qaz baha, aşağı olan isə ucuz istehlak olunur.

Oxşar metodun ölkəmizdə tətbiqinə gəlncə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bu praktikanın tətbiqi çətin məsələdir: "Onda gərək hər bir sayğacın içində mikrolobaratoriya yerləşdirilsin. O da çətin reallaşa bilər. Ancaq Qərb ölkələrində tənzimləyici orqanlar var. İstehlakçı nədən narazı olsa, onlara müraciət edərək, yoxlanmasını tələb edə bilər. Tənzimləyici qurum yoxlamanı özləri yox, xüsusi agent, müstəqil qurumlar vasitəsi ilə müəyyən zaman çərçivəsində həyata keçirir. Həmin paylayıcı şəbəkənin müxtəlif yerlərində istehlakçıya verdiyi məhsulun miqdarını, keyfiyyətini yoxlayır. Nəticələr məhkəməyə göndərilir. Bunun nəticəsində paylayıcı şəbəkə külli-miqdarda cərimə olunma təhlükəsi ilə üz-üzə qalır. Onlar da belə işləri göz altına aldıqlarından normativ çərçivədə xidmətə həmişə boyun olurlar. Azərbaycanda isə heç bir belə orqan yoxdur. Sayğaclara mikrolobaratoriya yerləşdirmək mümkün deyilsə, gərək Tarif Şurası həmin mikrolobaratoriyanı "Azəriqaz"ın kəmərlərinin çıxışına qoysun. Bizdə isə hələlik belə bir qanun yoxdur. Yəni, bütün bunlar üçün qannuverciliyə dəyişiklik edilməlidir".

Digər mütəxəssis Zəfər Vəliyev bildirdi ki, ümumiyyətlə, bütün dünyada qaz pulu onun həcminə görə müəyyən olunur: "Amma digər tərəfdən qazın keyfiyyəti məsələsi var. Qazın qiyməti keyfiyyətinə görə müəyyən olunur. Keyfiyyət yüksək olarsa, partlayış və zəhərlənmələrin sayı azalar. Ona görə də qaz normal emal olunmalı, fiizki –kimyəvi göstəriciləri mövcud standartlara və texniki şərtlərə uyğundursa, əhaliyə satılmalıdır. Təmizlənmiş qazın yanma istiliyi, təmizlənməmiş qazın yanma istiliyindən çox fərqlənir. Ona görə də qazın tərkibinə qatqılar vurulmalıdır. Digər tərəfdən, mövcud qazpaylayıcı şəbəkələrdə normal təzyiq olmalıdır. Onun üçün də qazpaylaşdırıcı şəbəkəyə aid olan boru kəmərləri mövcud standartlara cavab verməlidir. Bundan sonra qazı əhaliyə fərqli qiymətə satmaq kimi məsələlər yaranmaz. Bəzən söylənilir ki, ölkəmizə xaricdən, xüsusən də İrandan gələn qaz cihazları standartlara cavab vermir. Amma İranda istifadə edilən qazın təzyiqi bizimkindən fərqlənir. Yəni, onlar həmin təzyiqə uyğun qaz cihazları istehsal edirlər. Partlayışların, zəhərlənməmin ilkin səbələrində bu da var. Digər tərəfdən qaz emal olunduqdan sonra onun tərkibinə radion, metil-etil, odarnat qatıqları qatılarsa, zəhərlənmə də, partlayışlar da azalar".

Ekspert əlavə etdi ki, Azərbaycanla müqayisədə qazın qiyməti yuxarı və aşağı olan ölkələr var: "Qaz vətəndaşa maya dəyərinə uyğun satılmalıdır. Azərbaycanda 1000 kubmetr qaz 100 manatdır. Yəni, 120 dollara yaxındır".