Xalq artisti Brilliant Dadaşova daha bir ilkə
imza atacaq.
Axşam.az-ın məlumatına görə, müğənninin sonuncu "Apar
məni" adlı solo konserti kinoteatrlarda nümayiş olunacaq.
Bu haqda xəbəri sənətçi ANS telekanalında yayımlanan "Şou biz"
verilişinə açıqlamasında deyib:
"Solo konsertimin videosu hazırlanır. Konsert ad günüm ərəfəsində
kinoteatrlarda və dövlət televiziyasında yayımlanacaq. Bunu
Azərbaycanda heç kim etməyib".
Qeyd edək ki, xalq artistinin ad günü sentyabrın 15-dədir.