Sibel Can bu pəhrizlə 10 kq arıqladı - Resept
11 Sentyabr 2013 12:10 (UTC+04:00)
Sibel Canın artıq çəkidən bir-birdən xilas
olduğunu çoxumuz eşitmişik. Bəs necə arılqdaığından xəbəriniz
varmı? Sibel Can qabaq supu sayəsində ac qalmadan arıqladığıı
söyləyib. Həm də hər gün 1 saat yürüşlə, ya da üzgüçülüklə məşğul
olub.
Səhər: 1 yaşıl alma sobada bişirilir. Yeyəndə
üzərinə darçın əlavə edin. Kiçik pəhriz süd, ya da iki qaşıq yağsız
qatıqla bir kasa müsli (müsli taxıl dənələrinin qaşırdırmasından
hazırlanan qida növüdür)
Nahar fasiləsi: Yunan qabaq supu (kim istəsə,
içinə limon da əlavə edə bilər) və 1 dilim çörək
Axşam: 1 parça qızardılmış qızıl balıq və 1 boşqab
qaynadılmış tərəvəz
Yatmazdan əvvəl: 1 stəkan yağsız
süd
Qeyd: Pəhriz üçün nəzərdə tutulsa belə, kola
qadağandır. Hər gün 2,5 litr su içilməlidir. Acıyanda qabaq supu
yeməyə icazə var. Duzlu yeməklər də qadağandır.
Qabaq supunun hazırlanma qaydası:
Ərzaqlar:
4 qabaq
2 ədəd rəndələnmiş pomidor
1 dəstə cəfəri
1 dəstə şüyüd
1 dəstə nanə
İstədiyiniz digər ədviyyatlardan da əlavə edə
bilərsiniz
1 dəstə şüyüdü su ilə qaynadın sonra bütün bunları
mikserdən keçirin və acıyanda için. Yağ və duz isə
olmaz.
Qeyd: Axşamlar bir tikə ət aclığı azaldır. Bu
pəhrizdə qızılbalıq yerinə toyuq, hinduşka ətinə və ya başqa balığa
yer verə bilərsiniz. Qaynadılmış tərəvəzə dad vermək üçün limon,
bir damcı zeytun yağı, sirkə və ya soya sousu əlavə edə bilərsiniz.
(azxeber.com)