Bakıda 7 yaşlı uşaq liftin açıq şaxtasına düşərək öldü

11 Sentyabr 2013 12:14 (UTC+04:00)

Azərbaycanda 7 yaşlı uşaq faciəli şəkildə ölüb

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ə. Talıblı küçəsi 3/8 ünvanında qeydə alınıb. 


Həmin ünvanda yerləşən yaşayış binasında yaşayan, 7 yaşlı Ramal Cavid oğlu Ağazadə binanın 5-ci mərtəbəsində, liftin açıq qapısından şaxtaya düşüb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.


Faktla bağlı Yasamal Rayon Prokurorluğundan araşdırma aparılır.