Baş pediatrdan xəbərdarlıq

11 Sentyabr 2013 15:15 (UTC+04:00)

Azərbaycanda son günlər azyaşlı uşaqlar arasında tənəffüs yollarının iltihabı xəstəliyinin daha çox müşahidə olunması  havaların qəflətən soyması, temperaturun birdən-birə 10 dərəcə aşağı enməsi ilə əlaqədardır. Bu sözləri Movqe.az-a Respublikanın baş pediatrı Nəsib Quliyev söyləyib. N. Quliyev bildirib ki, temperaturun kəskin enməsi nəticəsində bədəndə soyma baş verir ki, bu da orqanizmin immuntetini aşağı salır: "Nəticədə orqanizmdə bakteriyalar baş qaldırır. Orqanizm mövsümi xəstəliklərə həssas olur. Tənəffüs yollarının kəskin respitaror xəstəliyi yüksək hərarətlə müşahidə olunur". 

N. Quliyev havanın və fəslin dəyişməsi ilə baş qaldıran xəstəliklərdən azyaşlıları qorumaq üçün uşaqları fəslə uyğun geyindərməyi məsləhət görür. Baş pediatr bildirib ki,  bütün dünyada olduğu kimi, Azərbaycanda da tənəffüs yollarının iltihabı xəstəliyi yayılma tempinə görə 1-ci yer tutur: "Buna səbəb tənəffüs üzvlərinin xarici mühitlə daha çox təmasda olmasıdır".