Movqe.Az xəbər verir ki, Amerikalı rejissor, film prodüseri və yazıçı Saul Landau 77 yaşında dünyasını dəyişib. İş yoldaşı Con Cavanah etdiyi şərhdə, sonuncu iki ildir sidik kisəsi xərçəngiylə mübarizə edən Emmy mükafatlı Saul Landaunun Kaliforniyadakı evində öldüyünü açıqlayıb. Kubanın əfsanəvi lideri Fidel Kastro, keçmiş Çili prezidenti Salvador Allende kimi bir çox dünya liderinin həyatı ilə bağlı sənədli film çəkən Landau, 1980-ci ildə Emmy mükafatına layiq görülüb. Landau, 40-dan çox film çəkməklə yanaşı, 14 kitab da yazıb.