Azercell-in dəstəklədiyi məktəblilərimiz beynəlxalq olimpiadada növbəti uğur qazandı

7 Yanvar 2022 10:33 (UTC+04:00)

Azərbaycan məktəbliləri son illərdə beynəlxalq olimpiadalarda qazandıqları nailiyyətlərin sırasını genişləndiriblər. “Azercell Telekom” MMC-nin dəstəyilə informatika üzrə hazırlıq keçən şagirdlərimiz beynəlxalq bilik yarışmasında 4 bürünc medal əldə ediblər. 

Ölkəmizin təşkilatçılığı ilə onlayn formatda keçirilən Lütfi Zadə Beynəlxalq Olimpiadasına 18 ölkədən 158 məktəbli qatılıb. Yarışda Bakı şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fuad Qarayev, Gəncə şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdi Səid Nəsibov və Balakən rayonu Qazbinə kənd tam orta məktəbin şagirdi Xizri Saxrayev informatika fənni üzrə bürünc medala sahibləniblər. 

Xatırladaq ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı olan “Azercell Telekom” MMC məktəblilərimizin beynəlxalq olimpiadalarda informatika fənni üzrə hazırlığını vəiştirakını dəstəkləyir. Hazırlıq prosesinə ölkənin hər yerindən istedadlı şagirdlər cəlb olunur, informatika fənni üzrə aparıcı mütəxəssislər tərəfindən uşaqlara təlimlər keçirilir, zəruri biliklər paylaşılır. Bu proses AR Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıqmemorandumuna əsasən həyata keçirilir. Azercell-in dəstəyilə hazırlaşan məktəblilərimiz bu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 23bürünc olmaqla, ümumilikdə 31 medal əldə ediblər.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” şüarını əsas tutaraq, “Azercell Telekom” MMC hər zaman gənclərin inkişafına, İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artmasına dəstək olan, eləcə də tələbələri buistiqamətdə uğurlara təşviq edən layihələrini davam etdirəcək.“Azercell Telekom” MMC məktəblilərimizi yüksək nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı yarışmalarda daha böyük qələbələr arzulayır.

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.