Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin təyin olunub. Movqe.az-ın xəbərinə görə,bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Sərəncamlara əsasən, İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin ediliblar.