Bakıda Ekspo Mərkəzində Bakı Enerji Həftəsinin keçirilməsi təqdirəlayiq hadisədir

6 İyun 2022 18:35 (UTC+04:00)

         
            Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
            Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxıxş edərək bildirmişdir ki, əvvəlcə mən pandemiya səbəbindən ikiillik fasilədən sonra Xəzər Neft və Qaz Sərgisinin yenidən başlanmasına görə təşkilatçılara təşəkkürümü bildirmək istərdim. Şadam ki, bu gün bütün dünyadan gəlmiş qonaqlarımız buraya toplaşıblar. Ümid edirəm ki, Neft və Qaz Sərgisində və Bakı Enerji Həftəsində keçiriləcək müzakirələr enerji təhlükəsizliyi və enerji ehtiyatların şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqu gücləndirəcək.
            Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb. Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb.
           Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir.
           Lakin, söylədiyim kimi, həmin vaxt enerji təhlükəsizliyi tam təmin edilməmişdir. Elektrik enerjinin və qazın təchizatında fasilələr yaranırdı. Enerjinin verilməsi dayanırdı. Biz ürəkdən çalışmağa başladıq ki, öz enerji təhlükəsizliyimizi təmin edək. Bu iş icra olundu. Eyni zamanda, paralel olaraq, biz neft hasilatını artırmaq və beynəlxalq bazarlara çatdırmaq məqsədilə beynəlxalq sərmayədarlarla, dünyanın aparıcı enerji şirkətləri ilə fəal işləyirdik.
            Ötən əsrin sonunda, fikrimcə, mühüm hadisə baş verdi. Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində biz ixraca başlaya bildik və bir çox ölkələrin tələbatlarını təmin etdik. Eyni zamanda, biz tərəfdaşlarımızla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladıq. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Bir il əvvəl - 2006-cı ildə isə biz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-     Ceyhan neft boru kəmərinin tikintisinə müvəffəq olduq. Həmin vaxt və indi də, fikrimcə, o, əlamətdar hadisə idi. Bu, neftin beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə idi. Həmin vaxtdan etibarən, Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Bu, əlbəttə ki, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin infrastruktur layihələrin icrasında bacarığımızın təzahürüdür. Həmçinin bu layihələr çox mürəkkəb siyasi mühitdə həyata keçirilmişdir.Biz bu gözəl tədbir üçün darıxmışdıq və artıq dediyim kimi, bu, regionun aparıcı beynəlxalq enerji tədbiridir. Mən bir daha qonaqlarımıza bizimlə olduqlarına görə təşəkkür edirəm və Bakı Enerji Həftəsinin işinə uğurlar diləyirəm. Sağ olun.
             Builki forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edəcək. Forumun proqramına yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli işgüzar görüşləri daxildir. Tədbirdə Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirlərinin, Moldova və Serbiyanın baş nazir müavinlərinin, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibinin, ABŞ-ın enerji ehtiyatları bürosunun və Avropa komissiyasının nümayəndələrinin, SOCAR, bp, TPAO, "Equinor", "Uniper", "Tenaris", "TotalEnergies", "Masdar", "ACWA Power" və digər şirkətlərin rəhbərlərinin məruzə ilə çıxışı gözlənilir.
Daha bir mühüm yenilik isə ondan ibarətdir ki, foruma işğaldan azad edilmiş ərazilərdə yekun vurulacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək.
İqbal Nurizadə,
Masallı rayonu, Türkoba kəndinin sakini