İlham Əliyev:"Fəxr edirəm ki, ailə üzvlərim bu işdə fəal iştirak edir"
11 Sentyabr 2013 18:32 (UTC+04:00)
"Hər bir vətəndaş, hər bir ailə üzvü, mən
dəfələrlə deyirəm, bir məqsədə qulluq etməlidir ki, ölkə daha da
güclü olsun, müstəqillik daha da möhkəm olsun, iqtisadiyyat daha da
artsın və biz tezliklə işğala son qoyaq".
Movqe.az-ın məlumatına görə, bunu prezident İlham
Əliyev ötən gün Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan
beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olan
zaman Ağdam rayonundan olan məcburi köçkün, şəhid ailəsi Səfurə
Hüseynovanın mənzilində çay süfrəsi ətrafında ailə üzvləri ilə
söhbət edərkən bildirib. "Mən çox
şadam və fəxr edirəm ki, mənim ailə üzvlərim bu işdə fəal iştirak
edirlər. Leylanı qeyd etdiniz. Onun təşəbbüsü ilə "Xocalıya ədalət"
kampaniyası bütün dünyada nəyə gətirib çıxardı?! Artıq beş ölkə
Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır. Yəni, bu,
"Xocalıya ədalət" kampaniyasının nəticəsidir. Çünki bu, bir ictimai
hərəkat idi. Ondan sonra, mən açığını deməliyəm, dövlət qurumları -
nazirliklər, diaspor təşkilatları da bu ictimai hərəkata qoşuldu və
böyük bir hərəkat yarandı".