Noyabrın 21-də Heydər Əliyev mərkəzində Yeni Azərbaycan Partiyasının
yaradılmasının 30 illiyi münasibəti ilə tədbir keçirilib.Azərbaycan Respublikasının
Prezidenti,Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib.Cənab
Prezident çıxışının əvvəlində Yeni Azərbaycan Partiyasının üzvlərini və bütün qonaqları
salamlayıb. Prezident öz çıxışında partiyanın yaranması tarixindən danışmışdır.Prezident
qeyd etmişdir ki,hələ müstəqilliyimizi yenidən bərpa etdikdən cəmi bir il ötməsinə
baxmayaraq respublikadakı vəziyyət çox ağır idi. Bəzi hallarda xalqımız böyük faciələrlə
üzləşirdi. Respublikamızın bu ağır günlərində Azərbaycan respublikasının görkəmli
nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizə nicat
yolunu yalnız Heydər Əliyevin simasında görürdülər və buna görə də onlar Ulu Öndərə
müraciət ünvanlamışdılar. Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis
konfransı tarixi hadisə olmuşdur.Prezident qeyd etmişdir ki,bu məhz Ulu Öndərin sədirliyi ilə
keçirilmişdir.
Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin
ağır problemlərinin yükünün bir hissəsini öz üzərinə götürmüşdür.Sonra Prezident həmin
illərdə Azərbaycanın keçdiyi çox ağır günləri ocümlədən torpaqların işğalı altına
düşməsindən ətraflı bəhs etmiş və eyni zamanda həmin torpaqlarımızın işğal altına
düşməsini həm mənəvi cəhətdən həm də hərbi strateji nöqteyi-nəzərdən böyük faciə
adlandırmışdır.Daha sonra Prezident Ulu Öndər Heydər Əliyevin rəhbər vəzifədə çalışdığı
dövrlərdə - nə 1969-1982-cı illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə,nə 1982-
1987-ci illərdə Moskvada siyasi büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun
Qarabağda separatist qüvvələr baş qaldıra bilmədiyini nəzərə çatdırmışdır.Prezident qeyd
etmişdir ki,Heydər Əliyev bütün vəzifələrdən istefa verəndə də həmişə xalqın yanında
olmuşdur.Çünki xalqımız yalnız Ulu Öndərə inanırdı.Prezident öz çıxışında YAP-ın təsis
konfransından yeddi ay keçəndən sonra Heydər Əliyevin xalqın tələbi ilə Bakıya dəvət
edilməsini və parlamentin sədri seçilməsini xüsusi qeyd etmişdir.Bu hadisədən 11 ay sonra
isə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.Beləliklə də tariximizin o qara səhifəsi
bağlanmışdır.Prezident qeyd etmişdir ki,Azərbaycan artıq müstəqil dövlət olmasına
baxmayaraq Konstitusiyası yox idi.Konstitusiyanın qəbul edilməsi çox önəmli bir tarixi hadisə
oldu ki,bu da məhz Ulu Öndərimizin Azərbaycan Respublikasına prezident seçiləndən sonra
baş verdi.Ulu Öndərimiz Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra
beynəlxalq aləmdə bütün sahələrdə ölkəmizə qarşı əsassız mövqe tutanlara düzəlişlər edə
bildi. Azərbaycanın həqiqətlərini dünya ictimayətinin diqqətinə çattırdı. Beləliklə
Azərbaycanda iqtisadi sahələrdə islahatlara başlanıldı. Prezident qeyd etmişdir ki,
Azərbaycan Respublikasının xarici siyasəti milli maraqlar üzərində aparılan işlər üzərinə
qurulmuşdur.Azərbaycan güclü iqtisadiyyata malikdir.O artıq özünün güclü ordusuna
malikdir.Bugün bütün Azərbaycan xalqı ordumuzla fəxr edir.
Eyni zamanda Prezident öz çıxışında 44 günlük müharibədə tarixi ədalətin bərpa
edilməsindən danışdı.Azərbaycan xalqını Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan
ordusunun işğalda olunmuş əraziləri və Dağlıq Qarabağı işğaldan azad edilməsini böyük
qürurla qeyd etdi.Prezident qeyd etdi ki,biz artıq Qarabağı Şərqi Zəngəzuru yenidən
qururuq.Bu quruculuq işlərində hər birimiz həvəslə iştirak edirik.İndi Azərbaycanda olan
bütün qaçqınlar və köçkünlər Qarabağa qayıdır və böyük qayıdış başlamışdır.Bu bir daha
onu göstərir ki,biz böyük xalqıq. Biz bugün yeni Azərbaycan partiyasının 30 il yubleyini qeyd
edərkən əlbətdəki Ulu Öndərimiz Heydər Əliyevin xatirəsinə ehtiram edirik.Cənab Prezident -
bugün Azərbaycan vətəndaşları,bütün dünya Azərbaycanlıları başını dik tutub,bizim üzümüz
ağdır,alnımız açıqdır,biz müzəffər xalqıq,qalib xalqıq və bu həmişə belə olacaq! deyərək
nitqini bitirmişdir.
Aidə Şıxəliyeva
Masallı Rayon Dəlləkoba kəndi, Elşən Heybətov adına ümumi orta məktəbin İnformatika
müəllimi