Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi

23 Noyabr 2022 19:37 (UTC+04:00)

 

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zəruriyət,o dövrdə cərəyan
edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.Yeni
Azərbaycan Partiyasının yaradılması müstəqilliyi yenicə bərpa etmiş Azərbaycanda
hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın,
iqtisadi tənəzzülün hökm verdiyi dövrə təsadüf edir. O, zaman müstəqilliyin itirilməsi
təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi,zəngin dövlətçilik
təcrübəsinə malik olan,öz fəaliyyətdə xalqın ali mənafeyini,dövlətin milli maraqlarını
rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyev idi.1992-ci ilin oktyabırında bir qrup
Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını
təklif etmişdir.Ümumilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr
tarixli cavab məktubunda Yeni Azərbaycan partiyasının yaradılmasına və ona rəhbərlik
etməyə razılıq vermişdir.1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə
Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın
tarixində parlaq gələcəyin əsasını qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda
Azərbaycanın gələcəyi o qədərdə parlaq görünmürdü.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin
qarşısı alındı. Daxili və xarici ünsürlərin Azərbaycanı parçalamaq,dövlətçiliyimizi məhv
etmək istiqamətindəki bütün cəhdlərin qarşısı müvəffəqiyyətlə alındı.Azərbaycan
Respublikasının inkişaf tarixi günü-gündən artdı.
Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrildi.
Partiyanın sevimli partiyaya çevrilməsinin birinci səbabkarı heç şübhəsiz ki,Ulu Öndər
Heydər Əliyevin zəngin və uzaqgörən siyasəti idi.
Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən
görürdü. O,müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin
idi. Bu gün Ümumulli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin
rəhbərlik etdiyi YAP böyük gücə çevrilib,onun 800 minə yazın üzvü var.Bu üzvlərin
böyük hissəsi gənclərdir ki,onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında
müstəsna rol oynadılar.44 günlük vətən müharibəsində Azərbaycan xalqı öz doğma
torpaqlarına qovuşdu və tarixi ədaləti bərpa etdi.
Bu gün əminliklə demək olar ki,yaradıcısı Ümumilli Lider olan Yeni Azərbaycan
Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır.Qarabağ Zəfərindən
sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyasının Sədri, Prezident,
Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru inamla
irəliləyəcək.

Rakit Həmidov

Dəlləkoba kənd sakini