Cazibədar gənc aktrisaya töhmət verildi-Eksklüziv

12 Sentyabr 2013 12:36 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və çox istedadlı aktrisası Nigar Bahadırqızına teatr rəhbərliyi tərəfindən töhmət təyin edilib. Bu barədə gənc aktrisa özü facebook profilində "İlk töhmətim" yazaraq şəkil paylaşıb. Aktrisa bir neçə tamaşanın məşqində iştirak etmədiyi və məşqlərə gələ bilməyəcəyi barədə heç kimə xəbərdarlıq etmədiyi üçün ona töhmət elan edilib.