Minə yaxın PKK-çı Türkiyə ərazisini tərk edib

12 Sentyabr 2013 12:46 (UTC+04:00)

Yaraqlıların Türkiyə ərazisindən çıxıarılması prosesinin başlamasından sonra terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) minə yaxın yaraqlısı ölkəni tərk edib. Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin DİN tərəfindən hazırlanan hesabatda bildirilir.

Hesabatda göstərilir ki, ölkəni hər birində 14-16 nəfər olmaqla 65 yaraqlı qrupu tərk edib. İl ərzində PKK-ya təxminən 1200 nəfər qoşulub ki, onlar hələ də Türkiyə ərazisindədirlər.