Zəngli saatdan xilas olmağın yolu

12 Sentyabr 2013 15:24 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, günün ən zəhlətökən anlarından biri şübhəsiz ki, zəngli saatın çalmasıyla şirin yuxudan oyanmaqdır. Yuxusu ağır olan bəzi kəslər üçün zəngli saatın işə düşməsi belə bəzən heç bir işə yaramır. Siqnalizasiya işə düşdükcə təxirə salma düyməsinə basılır və nəticədə yataqdan heç cürə qalxmaq mümkün olmçur. "Wake N Shake" adlı tətbiq bu problemi aradan qaldırmağa namizəddir. Bu tətbiqdə sinirləri pozan bir həyəcan səsi var və bu səsdən xilas olmağın yeganə yolu telefonu, "yelləmə ölçüsü" bitənə qədər güclü bir şəkildə silkələməkdir. Kifayət qədər yellənməsə və silkələmə ölçüsü dolmadığı təqdirdə səs dayanmır. Günə telefonu güclü bir şəkildə yelləməklə başlayan kəslər, bu səsi kəsməyi bacarsa belə yenidən yuxuya getmələri olduqca çətinləşir.

iPhone sahibləri "Wake N Shake" App Store-dan 1.99 dollara satın ala bilər.