Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi edən abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı 13 sentyabr saat 11:00-dək uzadılıb. İxtisas seçimi etmək hüququ olan abituriyentlər qeyd olunan vaxta qədər istədikləri ixtisasları öz elektron ərizələrinə daxil edib təsdiqləməlidirlər. Qeyd edək ki, sentyabrın 9-dan başlayan ixtisas seçimi bu gün başa çatmalı idi.