İngilis Şəhzadələr birja dəllalı oldular?

12 Sentyabr 2013 17:27 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərə taxtının iki nömrəli varisi Şahzadə Uilliam və qardaşı Şahzadə Harri 11 Sentyabrın ildönümündə Nyu Yorkdakı əkiz qüllələrə təşkil edilən hücumda həlak olanlar üçün pul toplamaq adına bir günlüyünə birja dəllalı oldular. 11 Sentyabr hücumunda düz 658 işçisini itirən birja şirkəti BGC-in Londondakı ofisində bir gün müddətində həqiqi birjaçılar ilə birlikdə alış-veriş edən şahzadələrin performansını qiymətləndirən işçilər "Uilliam çox bacarıqlıdır, Harri isə çox əyləndi'' dedilər. Qardaşının yardım toplamaq əvəzinə telefonda çox danışdığını düşünən Uilliam bir ara "Harri xaiş edirəm,az eşqbazlıq et" deyərək onu xəbərdar edib. Harri isə ''Sanki sən çalışırsan, nə vaxt telefonu əlinə alsan etdiyin yeganə şey uşaq söhbətidir'' deyərək böyük qardaşına qarşı çıxıb. BGC, hücumdan sonra hər il məşhur adların iştirakı ilə təşkil etdiyi yardım toplama günlərində indiyə qədər ölən işçilərinin ailələri üçün 89 milyon dollar yığmağı bacarıb.